"US Open" tennis turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, ötən gün tək qadınlarda çempion bəlli olmuşdu. Bu dəfə isə kişilərdə çempion müəyyənləşib.

Finalda növbəti Karlos Alkaras - Yannik Sinner duelinin şahidi olduq.

Turnir boyunca rəqiblərinə set verməyən K. Alkaras həlledici qarşılaşmada da dayandırılmaz olub.

O, Sinnerə yalnız 1 set verib - 6:2, 3:6, 6:1, 6:4.

Bu, ispaniyalı tennisçinin 6-cı "Böyük Dəbilqə"si olub. O, Avstraliyadan başqa digər "Böyük Dəbilqə"lərinin hamısını 2 dəfə qazanmağı bacarıb.