BAKI, 8 sentyabr. TELEQRAF
Venesuela Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro Kolumbiya ilə sərhəddə, həmçinin respublikanın Karib dənizi və Atlantik okeanı sahillərində 25 min hərbçinin yerləşdirilməsi barədə əmr verib.
Teleqraf xəbər verir ki, o, səfərbərliyin əsas məqsədinin milli suverenliyin qorunması, ölkənin təhlükəsizliyi və sülh uğrunda mübarizə olduğunu açıqlayıb.
"Mən Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahilində və Nueva-Esparta, Sukre və Delta-Amakuro ştatlarının Atlantik okeanı sahilində sürətli reaksiya taktiki-əməliyyat qruplarını gücləndirmək üçün şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin 25 min kişi və qadın hərbçisinin yerləşdirilməsi barədə əmr verdim", - Maduro öz “Telegram” kanalında yazıb.