AZ

Peskov Ukrayna münaqişəsinin həlli yolunda əsas maneəni açıqladı

BAKI, 8 sentyabr. TELEQRAF

Ukrayna münaqişəsinin həllinə Avropa militarizmi mane olur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynanı "polad kirpiyə" çevirmək çağırışını xatırladıb.

"Bu nədir? Əgər Soyuq müharibə dövrünün klişesi ilə danışsaq - bu, azğın Avropa militarizmidir. Avropalıların sərgilədikləri bu mövqe nizamlanma prosesinə kömək etmir, əksinə onu çətinləşdirir", - Kreml nümayəndəsi qeyd edib.

Seçilən
34
teleqraf.com

1Mənbələr