Peronistlər prezident Xavyer Mileyin partiyasını geridə qoyub...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Argentinanın ən böyük və siyasi baxımdan həlledici əyaləti olan Buenos-Ayresdə keçirilən parlament seçkilərinin ilkin nəticələri müxalifətin qələbəsi ilə nəticələnib.
Səslərin 82,2%-i hesablandıqdan sonra müxalif peronistlər 46,8% səs toplayaraq birinci yeri tutublar. Prezident Xavyer Mileyin lideri olduğu liberteryan partiyası isə 33,8% səs qazanmaqla geri qalıb. Analitiklər bu nəticəni prezidentin mövqeyinə ciddi zərbə kimi qiymətləndirirlər.
Reuters qeyd edir ki, Milye artıq bir müddətdir həm korrupsiya qalmaqalı, həm də dövlət xərclərinin idarə olunması ilə bağlı ictimai narazılıq səbəbindən güclü siyasi təzyiq altındadır. Buenos-Ayresdə əldə olunan məğlubiyyət onun hökumətinə qarşı etimadsızlığın dərinləşdiyini göstərir.
Prezident Milye seçkilərdə uduzduğunu etiraf edib. Lakin o, siyasi kursunun dəyişməyəcəyini, əksinə daha sərt şəkildə davam etdiriləcəyini vurğulayıb. Bu açıqlama, ölkədə iqtisadi və sosial çətinliklərin artmasına baxmayaraq, hökumətin geri addım atmaq niyyətində olmadığını göstərir.
Yekun nəticələrin yaxın günlərdə elan ediləcəyi bildirilir. Buenos-Ayresdə müxalifətin üstünlüyü, qarşıdakı dövrdə Argentina siyasətində yeni qarşıdurmaların yaranacağına dair siqnal kimi qiymətləndirilir.
Poliqon.info