AZ

Okean mikroskop altında: Mərcanların “görmə” mexanizmi aşkarlanıb...

Tədqiqat mərcanların işığa xlor ionları vasitəsilə reaksiya verə bildiyini göstərib...

Poliqon xəbər verir ki, "eLife" jurnalında dərc olunan yeni araşdırma rifquran mərcanlarda unikal bir mexanizmi üzə çıxarıb. Osaka Universitetinin alimlərinin apardığı tədqiqata görə, mərcanlar ətraf mühitdən aldıqları xlor ionları vasitəsilə ultrabənövşəyi və görünən işığa olan həssaslıqlarını dəyişə bilirlər. Bu kəşf G-zülalı ilə əlaqəli opsinlərdə belə bir prosesin ilk dəfə qeydə alınmasıdır.

Alimlər müəyyən ediblər ki, mərcanların opsin adlanan xüsusi reseptorları işığı hiss etmək üçün xlor ionundan əsas element kimi istifadə edir. Beləliklə, gözləri olmayan bu canlılar işığı sezə, ona uyğunlaşa və mühit dəyişiklərinə reaksiya verə bilirlər.

Tədqiqat Acropora tenuis növü üzərində aparılıb. Alimlər göstəriblər ki, mərcanlar ASO-II adlanan yeni tip opsinlərdən istifadə edir. Mutasiya təcrübələri, spektroskopiya və kompüter modelləşdirməsi nəticəsində opsinlərin iş prinsipləri, xüsusilə də Antho2a adlı zülalın fəaliyyəti araşdırılıb.

Məlum olub ki, suyun turşuluq dərəcəsi dəyişdikdə mərcanların işığa həssaslığı da dəyişir: mühit turşulaşanda opsinlər görünən işığı, mühit qələviləşəndə isə ultrabənövşəyi işığı qəbul edir. Bu proses mərcanların daxilində yaşayan simbiotik yosunların fotosintez zamanı daxili pH göstəricisini dəyişməsi ilə sıx bağlıdır və korallara real vaxt rejimində uyğunlaşmaq imkanı verir.

Bundan başqa, ASO-II opsinləri işığa bağlı olaraq kalsium ionlarını da tənzimləyir. Alimlərin sözlərinə görə, bu xüsusiyyət opsinlərin optogenetikada istifadəsinə yol aça bilər. İşığın qəbul dalğa uzunluğunun pH ilə birlikdə dəyişməsi biologiya və tibbdə yeni tətbiq imkanları yaradır.

Poliqon.info

Seçilən
130
poliqon.info

1Mənbələr