AZ

Məşhur reper Ukraynada axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı reper Timatini (Timur Yunusov) axtarışa verib.

Publika.az xəbər verir ki, məlumatlar bazaya iyulun 1-də daxil edilib.

İyun ayında UTX musiqiçini giriş qaydalarını pozmaqda qiyabi ittiham edib. O, Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, sənətçinin adı “Ukraynanın milli təhlükəsizliyinə təhdid” hesab edilən şəxslərin siyahısını saxlayan “Mirotvorets” saytının məlumat bazasına da daxil edilib.

Seçilən
55
publika.az

1Mənbələr