AZ

Xaçmazda ev yanaraq KÜLƏ DÖNDÜ

Gecə saatlarında Xaçmaz rayonunda Ağarəhimoba kənd sakini İdris Abdullayevin evində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, ümumi sahəsi 80 kv.metr olan 2 mərtəbəli, 6 otaqlı ev tamamilə yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobili və  canlı qüvvəsi gəlib.

Alovun hardan qaynaqlandığı açıqlanmır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
84
bizim.media

1Mənbələr