AZ

Təsdiqləndi: Avropanın neytral ölkəsi Ukraynaya ordu yeridir

Ukrayna ərazisinə hərbi kontingentin göndərilməsi məsələsinin müzakirəsi İsveçrə parlamentində artıq payız sessiyasında keçirilə bilər.

Publika.az xəbər verir ki, Yaşıl Liberallar Partiyası müvafiq təşəbbüs irəli sürüb. Onlar İsveçrə hərbçilərinin Ukraynanın sərhədyanı rayonlarına göndərilməsini təklif ediblər, lakin konkret coğrafi bölgələri qeyd etməyiblər.

Konfederasiya tərəfindən sülhməramlı qüvvələrin göndərilməsi ölkənin neytrallıq prinsiplərinə zidd olmayacaq. İsveçrənin çoxillik xarici siyasət xəttinə və beynəlxalq hüquqa uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olaraq həyata keçirilən missiyalarda iştirak neytrallıq haqqında qanunu pozmur. Bu mövqeyi SEPOS-un mətbuat xidmətinin rəhbəri Ursina Bentele təsdiqləyib.

Eyni zamanda, İsveçrə Xalq Partiyası artıq bu planlara qarşı çıxmaq niyyətini açıqlayıb. Parlament fraksiyasının rəhbəri Jan-Lük Addor vurğulayıb ki, deputatlar istənilən belə təşəbbüsün qarşısını almağa çalışacaqlar.

Seçilən
65
publika.az

1Mənbələr