AZ

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

Çin Dövlət Valyuta Mübadiləsi İdarəsi avqust ayının sonunda ölkənin valyuta ehtiyatları barədə məlumatları açıqlayıb.

Marja xəbər verir ki, ölkənin valyuta ehtiyatları ayın sonunda əvvəlki aya nisbətən 29,9 milyard dollar artım göstərib.

İyula nisbətən 0,91 faiz artan ehtiyatların ümumi dəyəri 3 trilyon 322 milyard dollara çatıb.

İdarədən verilən açıqlamada avqust ayında ABŞ dolları indeksinin düşdüyü, buna baxmayaraq qlobal maliyyə aktivlərinin qiymətlərinin ümumilikdə artdığı bildirilib. Valyuta ehtiyatlarındakı artımın mübadilə əməliyyatları ilə aktiv qiymətlərindəki dəyişikliklərin birləşik təsirindən qaynaqlandığı qeyd olunub.

Seçilən
81
1
marja.az

2Mənbələr