1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Biləsuvar rayonunda yanğın olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kənd sakini Lətif Məmmədovun həyətyanı sahəsində baş verib.
O, öz həyətində yemçəkən dəzgahı təmir edərkən aparatda qısaqapanma olub və dəzgah alışıb.
Hadisə nəticəsində Lətif Məmmədov və ona kömək edən həmkəndlisi Cavid Bayramov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli