İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatı davam edir. Mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.
55 kq-da Nicat Hüseynov kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.
Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçumuz Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.
Qeyd edək ki, daha öncə Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.
Nəriman Axundzadə millinin heyətindən çıxarılıb
“Şamaxı”dan inamlı qələbə
II Liqa: “Quba” və “Şəmkir”dən uğurlu start
AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər
“Neftçi” məşqləri davam etdirir