Ukrayna Təhlükəsizlik Xidməti Timati ləqəbi ilə tanınan rusiyalı reper Timur Yunusovu axtarışa verib.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanlarının materiallarına əsasən, onun məlumatları 2025-ci il iyulun 1-də axtarış bazasına daxil edilib.
Sənətçi Ukrayna ərazisinə giriş qaydasını pozmaqda ittiham olunur və bu hal Ukrayna tərəfindən ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı ehtimal edilən qəsd kimi qiymətləndirilir.