AZ

Xərçəng peyvəndi istifadəyə hazırdır

Yazını böyüt
Yazını kiçilt

Rusiya mRNT əsaslı xərçəng peyvəndi olan "Enteromiks"in hazır olduğunu elan edərək, xərçəngin müalicəsində inqilabi addım atıb.

Hafta.az-ın yazdığına görə, Federal Tibbi-Bioloji Agentliyin (FMBA) direktoru Veronika Skvortsova “İzvestiya” qəzetinə bildirib ki, peyvənd klinikadan əvvəlki sınaqları uğurla başa vurub, təhlükəsizliyi və yüksək effektivliyini nümayiş etdirib.

Skvortsova bildirib ki, "Enteromiks" peyvəndi şişlərin ölçüsünü azaltmaq və böyüməsini yavaşlatmaq qabiliyyətinə malikdir. Peyvənd hər bir xəstə üçün xüsusi hazırlanacaq və fərdin RNT strukturuna uyğunlaşdırılacaq.

Bu fərdi yanaşma peyvəndin effektivliyini artırmaq, yan təsirləri minimuma endirmək üçün vacibdir.

Skvortsova, FMBA-nın yayın sonuna qədər "Enteromiks" üçün klinik istifadə icazəsi almaq üçün lazımi sənədləri Rusiya Səhiyyə Nazirliyinə təqdim etdiyini bildirib. Nazirliyin təsdiqindən sonra vaksinin xərçəng xəstələrinə tətbiqinə başlanılması planlaşdırılır. Bu mərhələ peyvəndin rəsmi buraxılması istiqamətində son addım olacaq.

"Enteromix" xərçəngin müalicəsində Rusiyanın mühüm nailiyyətlərindən biri hesab olunur.

Seçilən
40
hafta.az

1Mənbələr