İranın mədəni irs nazirinin müavini Anuşirəvan Möhsəni jurnalistlər üçün brifinqdə İranda Azərbaycan səfirliyinə hücum səbəbindən yaranmış vəziyyət barədə danışıb. İran rəsmisi bəyan edib ki, "bu səbəbdən 1,8 milyon azərbaycanlı turisti itirdik."
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov" markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib və hücumun qarşısını almağa çalışan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu yaralayıb.
Mətləb