AZ

Hava limanında "Uber" və "Bolt"a qadağa qoyulur? - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə taksi sürücüləri tərəfindən paylaşılan məlumatlara görə, bu gündən etibarən şəhərdən Hava Limanına sifarişlər qəbul etmək mümkün olacaq, lakin Hava Limanından üzü şəhərə yalnız London taksilərinə icazə veriləcək və "Bolt", "Uber" kimi tətbiqlərdən ənənəvi taksi sifariş etmək mümkün olmayacaq.

Mövzu ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna soğru ünvanladıq. 

Hava limanından Operativ Media-ya verilən məlumata görə, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır:

"Qeyd edirik ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansısa məhdudiyyət tətbiq olunmur. 

İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaqdır".

Seçilən
75
operativmedia.az

1Mənbələr