ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin ikinci mərhələsini tətbiq etməyə hazır olduğunu bildirib.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, Tramp jurnalistlərin əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı ilə bağlı sualına “hə” cavabını verib.
Qeyd edək ki, o Hindistana tətbiq edilən əlavə rüsumları anti-Rusiya tədbirlərinin birinci mərhələsi hesab edir. Vaşinqton bu tədbirləri Dehlinin Rusiyadan neft alması ilə əsaslandırıb.
İlahə QənbərliMissiya.Az