AZ

Bu ölkədə miqrantlar kazarmalarda yerləşdiriləcək

Böyük Britaniyanın müdafiə naziri Con Healy kiçik qayıqlarda gələn miqrantların yerləşdirilməsi üçün hərbi təyinatlı torpaqlardan istifadə ilə bağlı Daxili İşlər Nazirliyi ilə müzakirələrin aparıldığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki , Con Hili bu barədə Sky News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, kiçik qayıqlarla gələn və Böyük Britaniyada olmaq hüququ olmayan insanların müvəqqəti yerləşdirilməsi üçün hərbi və qeyri-hərbi ərazilərdən istifadə müzakirə edilir. 

“Mən buna Daxili İşlər Nazirliyi ilə baxıram və başa düşürəm ki, Böyük Britaniyanın öz sərhədlərinə nəzarət etmək qabiliyyətinə ictimai etimadın itirilməsi məsələsi həll edilməlidir”, – nazir deyib.

KİV qeyd edib ki, söhbət ölkənin daxili işlər nazirinin sığınacaq axtaranları otellərdən keçmiş hərbi bazalardakı kazarmalara köçürmək planlarının mümkünlüyündən gedir.

Seçilən
48
veteninfo.az

1Mənbələr