AZ

Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ 1

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbiləsentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın soğrusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) dən məlumat verilib. Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Aqil Qarayev


***

10:21


Bu gün səhər saat 06:00 radələrində Xəzər rayonu Qala–Pirallahı yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə News24.az-ın soğrusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib. 

O bildirib ki, “Hyundai” markalı (99-XM-330 dövlət nömrə nişanlı) minik avtomobili ilə “Mercedes” markalı (10-XE-462 dövlət nömrə nişanlı) mikroavtobus toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.


Aqil Qarayev

09:50

***

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.


Seçilən
102
16
news24.az

10Mənbələr