Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın hava limanı yolunda hərəkətin təşkilindəki natamamlıqlar sürücüləri çətin vəziyyətə salır. Avtosfer.az xəbər verir ki, problem “Silkway”in inzibati ərazisinin qarşısında müşahidə olunur. Buradan çıxan sürücülərə həm sağa, həm də sola dönməyə icazə verilir. Sola dönənlər bir qədər irəlilədikdən sonra Binə qəsəbəsinə aparan körpüyə qalxaraq hərəkətlərini davam etdirə bilirlər.
Lakin bu zaman körpüdən düşən nəqliyyat vasitələri ilə trayektoriya kəsişir və qəza riski yaranır. Körpüdən enənlər üçün “yol ver” nişanı quraşdırılsa da, nişanlanma xətlərinin düzgün təşkil olunmaması sürücülərdə çaşqınlıq yaradır. Nəticədə onlar kimə yol verməli olduqlarını dəqiq bilmədən hərəkət edərək “Silkway”dən çıxan avtomobillərə təhlükə törədirlər. Belə vəziyyətdə körpüyə qalxmaq istəyən sürücülər toqquşmaqdan yayınmaq üçün əks zolağa çıxmaq məcburiyyətində qalırlar. Qeyd edək ki, problemin aradan qaldırılması üçün həmin ərazidə nişanlanma xətləri ilə zolaqlar ayrılmalı və dayanma nöqtəsi göstərilməlidir. Eyni zamanda körpüdən düşənlər üçün yolayrıcının hüdudlarını göstərən nişanlanma xətləri təşkil edilməlidir. Əks halda bu vəziyyət qəzaların artmasına səbəb ola bilər.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.