AZ

Səfirliyə hücumdan sonra 1.8 milyon azərbaycanlı turisti itirdik - İrandan ETİRAF

Tehranda Azərbaycan səfirliyinə hücumdan sonra İran 1.8 milyon azərbaycanlı turist itirib.

Modern.az xəbər verir ki, bu barədə İranın mədəni irs nazirinin müavini Ənuşirəvan Mohseni jurnalistlərə açıqlamasında bildirib.

"2019-cu ildə ölkəyə 9 milyon 800 min turist gəlib. Sonrakı il pandemiya oldu. Azərbaycan vətəndaşına qarşı baş verən həmin hadisə nəticəsində 1 milyon 800 min azərbaycanlı turisti itirdik" - Mohseni qeyd edib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Hücum edən şəxs bir neçə ay əvvəl edam edilib.

Seçilən
4
2
modern.az

3Mənbələr