AZ

Cənubi Koreya vətəndaşlarını ABŞ-dən çıxarır

ABŞ-də keçirilən iri miqyaslı immiqrasiya əməliyyatı nəticəsində yüzlərlə koreyalı işçi həbs edilib; Seul onların tezliklə geri qaytarılması üçün danışıqlar aparır...

Poliqon xəbər verir ki, Amerikanın İmmiqrasiya və Gömrük Xidmətləri (ICE) son illərin ən böyük reydini Corciya ştatındakı Hyundai zavodunda keçirib. Əməliyyat nəticəsində ümumilikdə 475 nəfər həbs olunub, onlardan 300-dən çoxu Cənubi Koreya vətəndaşlarıdır. Həbs olunanların hamısı yüksək ixtisaslı mühəndis və tikinti işçiləri olub.

İşçilər ABŞ-da 7,6 milyard dollar dəyərində akkumulyator istehsal zavodunun tikintisində çalışırdılar. Layihə Hyundai üçün Amerikanın iqtisadiyyatına 26 milyard dollar investisiya və 25,000 yeni iş yeri vəd edirdi. Lakin reyd nəticəsində kütləvi həbs halları baş verib.

Seul hökuməti artıq vətəndaşlarının tez bir zamanda geri qaytarılması üçün danışıqlar aparır və bütün bürokratik formalıqlar tamamlandıqdan sonra onları çarter reysləri ilə Koreyaya göndərməyi planlaşdırır. Hökumət həmçinin vizaların təkrar nəzərdən keçirilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün addımlar atılacağını açıqlayıb.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr