AZ

Ağsuda minik və yük maşınları toqquşub

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Şamaxı–Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan İsa Sadıqov hadisə yerində həyatını itirib. İlkin məlumata görə, xəsarət alanlar da var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AZƏRTAC

Seçilən
60
6
ikisahil.az

9Mənbələr