AZ

Avropa liderləri yenidən ABŞ yə səfər edəcək Tramp açıqladı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa ölkələrinin liderləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün yenidən ABŞ-yə səfər edəcəklər.

Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika lideri qeyd edib ki, görüşlər bazar ertəsi və çərşənbə axşamı baş tutacaq.

O, Avropa liderlərinin hər birinin ayrı-ayrılıqda ABŞ-yə səfər edəcəyini bildirib.

Tramp həmçinin Ukrayna böhranının yekun həllinə inandığını qeyd edib.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və avropalı siyasətçilər  arasında görüş olub. Almaniya kansleri Fridrix Merts, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, NATO baş katibi Mark Rutte, İngiltərə Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb Vaşinqtona gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yeniavaz.com

3Mənbələr