AZ

Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb » AzadMedia.az


Bu ilin ilk altı ayında Avropa İttifaqında (Aİ) sığınacaq üçün müraciətlərin sayı 23 % azalıb. Buna səbəb suriyalıların sayının əhəmiyyətli dərəcədə azalması olub.

Bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi (EUAA) bildirib.

Agentliyin məlumatına görə, suriyalılar Aİ-nin 27 ölkəsində, həmçinin İsveçrə və Norveçdə 25 minə yaxın sığınacaq üçün müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66 % azdır.

Buna səbəb kimi 2024-cü ilin dekabrında Suriya hökumətinin dəyişməsi göstərilir.

"Yeni Suriya hakimiyyəti bərpanın tərəfdarı olduğu üçün bir çox suriyalı evlərinə qayıtmağa daha çox ümid edir", - EUAA-nın hesabatında bildirilib.
Seçilən
29
3
azadmedia.az

4Mənbələr