Bakı. Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112”qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyinaidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 611 yanğına çıxıştəmin edilib.
FHN-dən Trend-ə verilən məlumata əsasən, 37 halda köməksizvəziyyətdə qalma, 10 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktıüzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcilivə təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativsöndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindənötən həftə ərzində 10-u azyaşlı olmaqla 52 nəfər xilas edilib, 3-üazyaşlı olmaqla 14 nəfər təxliyə olunub, 16 nəfərin meyitiaidiyyəti üzrə təhvil verilib