AZ

Güləşçilərimizdən Türkdilli Dövlətlərin Universiadasında 8 medal

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda daha 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb.

Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub.

Qeyd edək ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.
Yekunda yunan-Roma güləşi üzrə komandamız 1-ci, sərbəst güləş üzrə millimiz isə 2-ci yeri tutub.

İdman.biz

Seçilən
0
13
idman.biz

10Mənbələr