“Mikroavtobusla minik avtomobilinin toqquşduğu yol-nəqliyyat hadisəsi bu gün saat 6:00-da Xəzər rayonu ərazisində, Qala-Pirallahı yolunda qeydə alınıb”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
“Hyundai” markalı, 99-XM-330 dövlət nömrə nişanlı minik avtomobili “Mercedes” markalı, 10-XE-462 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb”, – deyə T.Nəsirli bildirib.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Editor.az “Report”a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox insan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.