AZ

Səudiyyə Ərəbistanı və Ermənistan arasında müzakirə aparıldı

BAKI, 8 sentyabr. TELEQRAF

Ermənistan Baş prokuroru Anna Vardapetyan Sinqapura işgüzar səfəri çərçivəsində Səudiyyə Ərəbistanı Baş prokuroru Şeyx Səud bin Abdulla əl-Mucib ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

A.Vardapetyan Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransı çərçivəsində ikitərəfli görüşün təşəbbüskarı olduğuna görə Səudiyyə Ərəbistanından olan həmkarına təşəkkür edib.

Tərəflər görüş zamanı iki ölkənin prokurorluqları arasında cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.

Hər iki ölkənin baş prokurorları qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunub, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Seçilən
8
teleqraf.com

1Mənbələr