AZ

Dünya çempionatı: Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 55 kiloqramda Nicat Hüseynov kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.

Murad Allahverdiyev (80 kiloqram) də adını 1/8 finala yazdırıb. Boksçumuz Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.

Qeyd edək ki, daha öncə Sübhan Mamedov (50 kiloqram) və Səidcəmşid Cəfərov (75 kiloqram) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.

 

 

Seçilən
18
14
azertag.az

10Mənbələr