“Azerbaijan Rigs” MMC 2025-2027-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 29-u, saat 23:00-a qədər şirkətin yeləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 152 (“Çinar Plaza”) ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 29-u, saat 23:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, “Azerbaijan Rigs” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).
report