ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Müdafiə Nazirliyi bu aydan etibarən həlak olan hərbi qulluqçuların ailələrinə ödəniş qaydalarında dəyişikliklər edildiyini açıqlayıb.Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, bu məbləğ 15 milyon qriven (617 min AZN) təşkil edəcək.Döyüşlərdə həlak olmuş hərbçilərin ailələri birdəfəlik 3 milyon qriven (123 min AZN) məbləğində kompensasiyanı dərhal alacaqlar.
Qalan 12 milyon qriven (494 min AZN) isə dövlət tərəfindən mərhələli şəkildə ödəniləcək – ailələr hər ay təxminən 150 min qriven (6 min AZN) alacaqlar və bu proses 80 ay (təxminən 6 il 8 ay) davam edəcək.
Bu addımın əsas məqsədi ailələrin dərhal maliyyə dəstəyi almasını təmin etmək və eyni zamanda uzunmüddətli sosial təminatı qorumaqdır.
Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.