AZ

Çin 2017-ci ildən bəri ilk dəfə Rusiyaya daxili istiqraz bazarına qayıtmağa icazə verib

Çin daxili istiqraz bazarını Rusiyanın böyük enerji şirkətləri üçün yenidən açmağa hazırlaşır...

Poliqon xəbər verir ki, siyasət dəyişikliyi Pekin və Moskva arasında diplomatik və iqtisadi əlaqələrin dərinləşməsini əks etdirir.

Financial Times öz mənbələrinə istinadən yazır ki, belə bir borc alma Moskvanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra Rusiya şirkətlərinin Çində ilk vəsait toplaması və dövlət alüminium istehsalçısı "Rusal"ın 2017-ci ildə bu yolla 210 milyon dollar cəlb etməsindən sonra Çinin daxili bazarında satılan ilk Rusiya istiqrazları olacaq.

ABŞAvropanın irimiqyaslı sanksiyaları rusiyalı borcalanların qlobal maliyyə bazarlarına çıxışını bağlayıb və Çin bankları ikinci dərəcəli sanksiyalara düşmək qorxusundan Rusiya şirkətlərinin iştirak etdiyi sövdələşmələri açıq şəkildə maliyyələşdirməkdən imtina ediblər. Bununla belə, Pekin və Moskva arasında əlaqələrin gücləndirilməsi indi bankları daha ehtiyatlı edir. Bununla yanaşı, yuan Rusiya iqtisadiyyatı üçün getdikcə daha vacib xarici valyutaya çevrilir.

Mənbələrə görə, Rusiya panda istiqrazlarının dirçəldilməsi, çox güman ki, əvvəlcə iki və ya üç şirkətlə məhdudlaşacaq. "Rosatom" və onun Qərb sanksiyalarına məruz qalmayan törəmə şirkətlərinin ilk borcalanlar arasında olacağı gözlənilir.

Hüquqşünaslar xəbərdarlıq ediblər ki, Rusiya şirkətlərinə uğurlu istiqraz satışı Çin banklarının sanksiyalar qorxusunu aradan qaldırmalı olacaq.

Pekində yerləşən "Jincheng Tongda & Neal" hüquq firmasının tərəfdaşı Allen Vonq deyib: "Broker hələ də Xarici Aktivlərə Nəzarət Ofisinin ikinci dərəcəli sanksiyaları riski altında olacaq". Əlavə edib ki, banklar ictimai bazarda iştiraklarını gizlətmək çətin olacaq.

Mümkün həll yollarından biri hələ Qərbin məhdudiyyətlərinə məruz qalmayan Rusiya qurumları vasitəsilə "panda istiqrazları" buraxmaq idi, lakin qiymətli kağızlar satıldıqdan sonra bu qurumların qara siyahıya düşmə riski var.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr