AZ

Əli Əliyev istefa verdi - 0:6-ya görə

Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Əli Əliyev Belçika yığmasına biabırçı məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, baş məşqçi bu qərarını dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində Belçika millisinə 0:6 hesablı məğlubiyyətdən dərhal sonra bəyan edib.

O, böyük hesabla məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Baş verən hər şey, məğlubiyyət mənim günahımdır. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacağam və prezidentə məlumat verəcəyəm”, – baş məşqçi bildirib.

Xatırladaq ki, Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsində Belçikaya 0:6 hesabı ilə uduzub. Milli daha əvvəl Uels (1:3, 0:1) və Şimali Makedoniyaya (0:1) da məğlub olub. Komanda yeganə qələbəsini Lixtenşteynlə görüşdə qazanıb – 2:0. Yer aldığı J qrupunda 3 xalla 4-cü sırada qərarlaşmış qazaxların növbəti sınağı oktyabrın 10-da evdə Lixtenşteynə qarşı olacaq.

Əli Əliyev bu ilin aprel ayında Qazaxıstan millisinin baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 4 oyuna çıxarıb, 1 qələbə, 3 məğlubiyyət görüb. Əliyev daha öncə ölkəsinin milli komandasını müvəqqəti baş məşqçi kimi də 2 oyuna çıxarıb. 44 yaşlı mütəxəssis buna qədər “Qızıljar”, “Jenis”, “Astana-Jas”, “Şaxtyor” (Karaqanda) kimi klublarda da baş məşqçi kimi çalışıb.

error: Məzmun qorunur!
Seçilən
31
3
arena.az

10Mənbələr