AZ

Tramp türk liderdən danışdı: “O, əla insandır!”

ABŞ Prezidenti Donald Tramp Qazaxıstana səfər edə biləcəyini deyib.

Olaylar.az xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Onunla (Tokayevlə - red.) əla söhbətim oldu. Ona salamlarımı çatdırın. O, əla insandır", - Trampvurğulayıb.

Bir qədər əvvəl Qazaxıstanın Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin bildirmişdi ki, ABŞ-la ticarət-iqtisadi əlaqələrin inkişafı respublikanın xarici siyasətində prioritet istiqamətdir. Onun sözlərinə görə, Astana ticarət dövriyyəsinin artırılması üçün potensial görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr