BAKI, 8 sentyabr. TELEQRAF
Ermənistanda “erməni soyqırımı”nın inkarının cinayət hesab edilməsini nəzərdə tutan Ermənistan Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi parlamentin növbəti dörd günlük iclaslarında müzakirə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Spiker parlamentdəki müxalif “Ermənistan” fraksiyasının irəli sürdüyü təşəbbüsün Milli Məclisin Dövlət və Hüquq Məsələləri Komitəsi tərəfindən rədd edildiyini də xatırladıb.
Keçmiş prezident Robert Köçəryanın lideri olduğu blok qondarma soyqırımının inkarına görə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəza verilməsini tələb edir.