Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".
Bunu APA-ya açıqlamasında Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.