İzmirdə polis bölməsinə silahlı hücum nəticəsində xəsarət alanların sayı artıb.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər yaralanıb.
Hücumun daha əvvəl saxlanılaraq özünə qarşı pis rəftar edildiyini iddia edən 16 yaşlı bir şəxs tərəfindən törədildiyi bildirilir. O, polis tərəfindən saxlanılıb. Ərazidə təhülkəsizlik tədbirləri gücləndirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
***
11:08
İzmirdə polis bölməsinə silahlı hücum olub.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum nəticəsində iki polis həlak olub, biri ağır yaralanıb.
Hücum edən şəxsin 16 yaşlı şəxs olduğu bildirilir.
Yaşar Araz



