“Tayfun” Block 4 hazırda ballistik raket mənasında Türkiyənin gəldiyi nöqtəni göstərən çox önəmli bir layihədir.
“Poliqon” xəbər verir ki, bunu “SavunmasanayiST”ə açıqlamasında “Roketsan” şirkətinin baş direktoru Murat İkinci deyib.
“Roketsan”ın Türkiyənin ən böyük üçüncü tədqiqat-inkişaf (Tə-İn) qurumu olduğunu vurğulayan M.İkinci bildirib ki, şirkət bir çox layihədə Tə-İn işlərini davam etdirir: “Bu mənada baxanda çoxlu layihələrimiz var. Xüsusilə, PUA sahəsindəki liderliyimizi, PUA-ların sursatları mövzusundakı müxtəlifliyimizi artıraraq davam etdirmək istəyirik. Ora çox ciddi sərmayə qoyuruq”.
Şirkətin ballistik raket inkişaf etdirmə səylərinə toxunan baş direktor, “Tayfun” Blok 4 layihəsinə diqqət çəkib. Onun sözələrinə görə, “Tayfun” Block 4 hazırda ballistik raket mənasında Türkiyənin gəldiyi nöqtəni göstərən çox önəmli bir layihədir və “Roketsan” yaxın zamanda bu raketin atış müjdəsini ictimaiyyətlə paylaşacaq.
M.İkinci, şirkətin gənc və təcrübəli mühəndis heyəti haqqında da danışıb. Baş direktor vurğulayıb ki, “Roketsan” həm 32-33 yaşında orta yaşa malik komandaya, həm altdan gələn çox istedadlı, bacarıqlı, sahəyə hakim olan yeni nəsil mühəndis heyətinə, həm də qarşısında duran çox ciddi hədəflərə malikdir.
“Ən son “Bayraktar TB3”dən atdığımız səsdən sürətli raketlərimiz, “Bayraktar TB2”dən atdığımız sursatlarımız, bununla bərabər “Akıncı” ilə uğurla test etdiyimiz 230 sursatımız, 300 ER ilə birgə bunlar daha da möhkəmlənərək davam edəcək. “Hava-yer” ballistik raket ailəsini də sürətlə inkişaf etdirəcəyik. Bunun da PUA-larımızın vurucu gücü baxımından çox böyük töhfə verəcəyini düşünürəm”, – deyə Murat İkinci qeyd edib.