AZ

İzmir şokda: 16 yaşlı yeniyetmə polis bölməsinə silahlı hücum etdi – ölənlər var

Türkiyənin İzmir şəhərində faciəvi hadisə baş verib.

Musavat.com xəbər verir ki, 16 yaşlı yeniyetmə polis əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Hücum polis bölməsində baş verib.

Hadisənin motivləri barədə hələlik rəsmi açıqlama verilməyib. Təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.

Musavat.com

Seçilən
56
2
musavat.com

2Mənbələr