"Milli suverenliyin qorunması, ölkənin təhlükəsizliyi və sülh uğrunda mübarizə əsas məqsədimizdir. Mən 25 min hərbçinin sürətli reaksiya taktiki qruplarının gücləndirilməsi üçün səfərbər olunması barədə əmr verdim", - deyə Maduro öz Telegram kanalında bildirib.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Venesuelanı narkotik qaçaqmalçılığına qarşı kifayət qədər tədbir görməməkdə ittiham edib. Reuters-in məlumatına görə, avqustun 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi - USS Gravely, USS Jason Dunham və USS Sampson - Venesuela sahillərinə göndərilib. Bundan əlavə, atom sualtı qayığı USS Newport News, raket kreyseri USS Lake Erie, desant gəmiləri və 4,5 min hərbçi bölgəyə cəlb olunub.
Sentyabrın 2-də Tramp bəyan edib ki, ABŞ qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkokartelinin 11 üzvünü zərərsizləşdirib.