İspaniya millisinin hücumçusu və "Barselona"nın Lamin Yamal Konyada pasportunu itirib.
QOL.az xəbər verir ki, bu, DÇ-2026-nın Türkiyə ilə oyunundan sonra yaşanıb.
Matçdan sonra Lamin paltardəyişmə otağı da daxil olmaqla uzun müddət pasportunu axtarsa da, tapmayıb. O, stadionu tərk edib. Laminin Türkiyədən necə ayrılacağı və İspaniyaya dönəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Türkiyə - İspaniya matçı 6:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bu görüşdə Lamin Yamal 2 məhsuldar ötürmə edib.