AZ

Tramp HƏMAS-a son xəbərdarlığını edib

Vaşinqton, 7 sentyabr, AZƏRTAC

“İsrail mənim şərtlərimi qəbul edib, HƏMAS-ın da qəbuletmə vaxtıdır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, hamı girovların evə dönməsini, müharibənin bitməsini istəyir.

“Şərtləri qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
25
10
azertag.az

10Mənbələr