AZ

"Ərzaq ehtiyatı yığmalıyıq, qarşıdan gələn risk..." - Xameneidən ŞOK

İranın ali rəhbəri ayətullah Əli Xamenei hökuməti ərzaq təhlükəsizliyini təmin etmək üçün strateji ehtiyatların yaradılmasına çağırıb.

Musavat.com xəbər verir ki, o, çıxışında bildirib ki, əsas ərzaq məhsullarının təminatı heç vaxt risk altına düşməməlidir.

“Tasnim” xəbər agentliyinin məlumatına görə, bu çağırış İrana qarşı sanksiyaların yenidən gündəmə gətirildiyi və İsraillə gərginliyin artdığı bir vaxtda səslənib.

“Zəruri məhsullar vaxtında toplanmalı, ehtiyat səviyyəsi həmişə minimum tələblərə uyğun saxlanılmalıdır. Qarşıdan gələn riskləri hər zaman əvvəlcədən görmək mümkün olmur” - Xamenei qeyd edib.

O əlavə edib ki, bəzi hallarda ərzağın idxalı çətinləşə və ya tamamilə dayanaraq ölkəni çətin vəziyyətdə qoya bilər. Buna görə də vaxtında preventiv addımların atılmasının vacibliyini vurğulayıb.

Musavat.com

Seçilən
17
1
musavat.com

2Mənbələr