Bakı. Trend:
Prezident İlham Əliyev Tacikistan Respublikasının PrezidentiEmoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günümünasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan vəAzərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımıçatdırıram.
Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistandasosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalqnüfuzunun artması bizi sevindirir.
Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksəksəviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət vəetimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarasıəlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıqsəviyyəsinə çatması məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlifsahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəminyaradır. Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadiƏməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı vəSizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, mövcud imkanlardan istifadə edərək birgə səylərimizləAzərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına,qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nailolacağıq.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəmcansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Tacikistanxalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".