AZ

Onana Türkiyə klubunda oynamağa razılıq verdi SON DURUM

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Yunayted"in qapıçısı Andre Onana Türkiyə klubuna keçməyə razılıq verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə "qırmızı şeytanlar"ın qolkiperinin icarə əsasında "Trabzonspor"un formasını geyinəcəyini vurğulayıb. Onananın artıq Trabzon təmsilçisi ilə icarə müqaviləsinin detalları ilə bağlı ortaq məxrəcə gəldiyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm MY-nin heyətində bütün turnirlərdə 50 matça çıxan kamerunlu futbolçu 11 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
22
fanat.az

10Mənbələr