AZ

Hindistan Azərbaycana Pakistana görə veto qoyub - AÇIQLAMA

BAKI, 8 sentyabr. TELEQRAF

Hindistanın Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüklə bağlı veto qoyması qərəzli yanaşmadır. Bu, Azərbaycan-Pakistan strateji tərəfdaşlığına münasibətin nəticəsidir. Bakı və İslamabadın bir çox məsələlərdə bir-birinin qarşılıqlı olaraq müdafiə etməsi, görünür, rəsmi Dehlini narahat edir.

Bu sözləri Teleqraf-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

Ekspertin fikrincə, bu, Dehlinin Azərbaycana qarşı atdığı ilk addım deyil: “Hindistan sadəcə olaraq ölkəmizin ŞƏT-də statusunun artırılmasına qarşı blok qoyub. Bununla Azərbaycanı cəzalandırmaq niyyətləri var. Pakistanla yaxın dövlətlərin ŞƏT-də daha çox təmsilçilik qazanması onları narahat edir”.

Mətin Məmmədlinin fikrincə, Bakının ŞƏT-ə üzvlüyünə mane olmaq əslində Dehlinin maraqlarına uyğun deyil: “Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanla münasibətləri korlamaq heç də uğurlu seçim kimi dəyərləndirilə bilməz. Əslində Hindistanın bu addımı ŞƏT-in də maraqlarına ziddir. Azərbaycan coğrafi mövqeyi, malik olduğu imkanlar Şanxay Əməkdaşlıq Təşkilatı üçün əhəmiyyətlidir. Azərbaycanın kənarda qalması təşkilatın maraqlarına uyğun gəlmir”.

Seçilən
82
teleqraf.com

1Mənbələr