AZ

Dünya ulduzları bir arada -FOTOLAR

Ötən gün Nyu-Yorkda illik “MTV Video Music Award” (MTV VMA) mükafatlandırma mərasimi keçirilib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə həm 2000-ci illərin ulduzları, həm də müasir sənətçilər iştirak ediblər.

Onların arasında Ledi Qaqa, Merayya Keri, Ariana Qrande, Peris və Niki Hilton, Riki Martin, Lenni Kravits, Cessika və Eşli Simpson, Sabrina Karpenter, Siara, Doja Cat, FKA Twigs, Teylor Momsen, “Aerosmith” qrupu və başqaları yer alıb.

Gecənin əsas ulduzu isə dəfələrlə MTV VMA mükafatına layiq görülmüş 39 yaşlı Ledi Qaqa olub.

Belə ki, bu il o, 12 nominasiya üzrə namizəd idi. Qaqa “İlin sənətçisi” seçilib. Həmçinin Bruno Mars ilə “Die With a Smile” duetinə görə “Ən yaxşı bədii quruluş”, “Ən yaxşı rejissorluq” və “Ən yaxşı əməkdaşlıq işi” nominasiyalarında qalib gəlib. Sənətçi səhnəyə isə “Marc Jacobs” imzalı libasda çıxıb.

Digər qaliblər isə Ariana Qrande, Sabrina Karpenter, Roze və “Blackpink” qrupu olub.

Musiqiyə verdikləri töhfəyə görə xüsusi mükafatlarla Merayya Keri, Riki Martin və Basta Rayms təltif ediliblər.

 















Seçilən
3
redaktor.az

1Mənbələr