AZ

Kamala Harris mühafizəsiz qaldı

AzVision.az “Los Angeles Times (LAT)” nəşrinə istinadən xəbər verir ki, polislər sentyabrın 6-da bu vəzifədən uzaqlaşdırılıb.

Qəzet sentyabrın 5-də bildirib Kamala Harrisin təhlükəsizliyinin müvəqqəti olaraq ən azı 12 Los-Anceles polisinə həvalə edildiyini yazmışdı.

Kamala Harris dövlət mühafizəsindən məhrum olunub
Bu, ABŞ prezidenti Donald Trampın sabiq vitse-prezidentə əvvəllər Məxfi Xidmət tərəfindən təmin edilmiş hökumət mühafizəsinin dayandırılması barədə göstərişindən sonra baş verib. Qərar həm qəzetin özündə, həm də Los-Anceles polisinin Mühafizə Liqasının kəskin tənqidinə səbəb olub.

“Təşkilat mühafizə qüvvələrinin yenidən bölüşdürülməsini pisləyib. Qurum bildirib ki, multimilyonçu, daşınmaz əmlakı olan və öz təhlükəsizliyinin qayğısına qala bilən keçmiş prezidentliyə namizəd naminə polis əməkdaşlarını şəhər sakinlərini qorumaqdan yayındırmaq yersizdir”,- xəbərdə vurğulanır.

Xatırladaq ki, avqustun sonunda Donald Tramp ABŞ Məxfi Xidmətindən Kamala Harrisə göstərilən hökumət müdafiəsinin dayandırılmasını əmr edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
55
azvision.az

1Mənbələr