BAKI, 8 sentyabr. TELEQRAF
Üç gün əvvəl Xalq artisti Sərdar Fərəcov Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Teleqraf-a açıqlamasında Xalq artisti, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcovun qızı Selcan Heydərova bildirib.
"Atamın səhhəti stabil olaraq qalır. O, ürək və böyrək çatışmazlıqlarından əziyyət çəkir",- S.Heydərova deyib.
Qeyd edək ki, Sərdar Fərəcovun 68 yaşı var. O, Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.