Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz evdə Ukrayna ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında iştirak etməyib.
AFFA-nın baş katibi Cahangir Fərcullayev portuqaliyalı mütəxəssisin qovulduğunu açıqlayıb:
"Bu gün AFFA-nın İK-nın qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə qarşılıqlı razılaşma əsasənda xitam verilmişdir. Ukrayna matçına millimizi Ayxan Abbasov çıxaracaq. Ayxan müəllimə bu işdə uğurlar arzulayırıq. İndi isə Rəşad Eyyubov hazırlıq dönəmi haqda məlumat verəcək".
“Xankəndi”dən uğurlu debüt
Azərbaycan – Ukrayna: Açıq məşq və mətbuat konfransının vaxtı açıqlanıb
Azərbaycan - Ukrayna matçının hakimləri bəlli olub
Nəriman Axundzadə millinin heyətindən çıxarılıb
“Şamaxı”dan inamlı qələbə